SƏTƏM üzrə mütəxəssis
-
Tələblər:
-
Əlaqədar sahə üzrə Ali təhsil
-
Ofis proqramlarında işləmə bacarığı;
-
Kollektivlə işləmək bacarığı;
-
Normativ sənədlərlə işləməyi bacarığı.
-
Məntiqi və analitik düşünmə qabiliyyəti;
-
Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı
İş haqqında məlumat:
-
İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
-
İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
-
İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
-
İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
-
İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
-
Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis (İmişli)" qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: İmişli rayonu
Azərsun Holdinq MMC 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.