Talep No:  28438

İnsan Resursları üzrə Mütəxəssis

Müəssisə:  AL MARKET MMC

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.

Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.

İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.

Tələblər:📌

İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsilli olmalı  (İnsan Resursları üzrə magistr təhsili üstünlükdür);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalı

Əmək Məcələsini, Əmək qanunvericiliyini və Kadr kargüzarlığını yüksək səviyyədə bilməli;

• MS Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;

• SAP HR modulnu bilənlərə üstünlük veriləcəkdir;

İşgüzar ünsiyyət, analiz etmə, komandada işləmə bacarığı və inkişafa meylli olmalı;

 

İş haqqında: 📝

• CV bazasının formalaşdırılması;

• İş üçün müraciət edən şəxslərin müraciət anketlərinin nəzərdən keçirilməsi;

• İşin tələbinə uyğun olaraq qoyulmuş kriteriyalara cavab verən şəxslərin iş görüşməsinə dəvət olunması;

• Seçilmiş vakansiyalar üzrə namizədlərin test imtahandan keçirilməsinin təmin edilməsi;

• İşə qəbul elanlarının hazırlanması və müəssisənin işçi elan saytlarında yerləşdirilməsi;

• İşə qəbul edilən (yaxud edilməyən) işçilərin siyahısının yığılması;

• Rəhbərliyin tələb etdiyi aylıq hesabatların, statistikaların hazırlanması;

• İşçi qəbulu üçün “Açıq qapı”, “Karyera günü” tədbirlərinin təşkil olunmasında iştirak edilməsi;

• İşə alımda uyğun görülən namizədlərin sənədlərini toplayıb-toplamamasını izləmək və sənəd toplamayanlarla əlaqə saxlayaraq qeydlər aparmaq, yönləndirmək.

 

 

İş yeri: AL Market MMC Baş Ofisi

İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00

🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis – 28438” qeyd etməyiniz xahiş olunur.