Talep No:  26246

İnsan resursları üzrə baş mütəxəssis

Müəssisə:  AL MARKET MMC

 

Tələblər

  • Ali təhsil (iqtisadi, idarəetmə, hüquq və ya əlaqəli sahə üzrə)
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini yüksək səviyyədə bilmək.
  • Əmək Müfəttişliyi ilə iş qaydaları və rəsmi yazışma prosedurlarını bilmək.
  • Rəsmi əməliyyatların koordinasiyası üzrə minimum 2-3 il iş təcrübəsi.
  • MS Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmə bacarığı.
  • Yüksək təşkilatçılıq və nəzarətetmə bacarığı.
  • Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik.
  • Yazılı və şifahi ünsiyyət bacarığı.
  • Pərakəndə sahəsi üzrə iş təcrübəsi üstünlükdür.
  • Dövlət qurumları ilə yazışma və hesabat proseslərini idarəetmə təcrübəsi.

 

Vəzifə öhdəlikləri

  • Şirkətdə aparılan bütün rəsmi əməliyyatların (əmək müqavilələri, əmrlər, bildirişlər, hesabatlar) qanunvericiliyə uyğunluğuna nəzarət etmək.
  • Əmək Müfəttişliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Statistika Komitəsi və digər dövlət orqanları ilə yazışmaların hazırlanmasını əlaqələndirmək.
  • Kadr sənədlərinin vaxtında və düzgün hazırlanması üçün müvafiq şöbələr arasında informasiya axınını təmin etmək.
  • Rəsmi hesabatların (aylıq, rüblük, illik) vaxtında və düzgün şəkildə hazırlanmasını izləmək və təsdiqləmək.
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləyərək aidiyyəti şöbələrə vaxtında məlumat vermək və tətbiqini təmin etmək.
  • Rəsmi əməliyyatlarla bağlı hüquqi və prosedur suallarında şöbə əməkdaşlarına dəstək vermək.
  • Audit və daxili yoxlamalar zamanı rəsmi əməliyyatlara aid sənədlərin düzgünlüyünü və tamlığını təmin etmək.
  • Rəhbərlik üçün rəsmi əməliyyatların icra vəziyyəti barədə mütəmadi olaraq məlumat vermək.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;

  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə baş mütəxəssis Al Market” qeyd etməyiniz xahiş olunur.