İnsan resursları üzrə baş mütəxəssis
Müəssisə:
Tələblər:
- Təhsil : Ali təhsil;
- Təcrübə: minimum3 il (müvafiq sahə üzrə);
- Dil bilikləri:Azərbaycan dili- əla, İngilis və Rus dili üstünlükdür;
- Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.
İş haqqında məlumat:
- Şirkətin vakansiya ehtiyaclarının analiz edilməsi və işə qəbul proseslərinin operativ icra edilməsi;
- İşə qəbul kanallarının genişləndirilməsi və dövlət müəssisələri ilə əməkdaşlıqların icra edilməsi;
- Şirkətin ehtiyat işçi bazasının formalaşdırılması;
- Təşkilati strukturun biznes ehtiyaclarına uyğunluğunun təmin edilməsi;
- Şirkət üzrə qanunvericilik əməliyyatlarının icra edilməsinin təmin edilməsi;
- Şirkət üzrə performans idarəetmə sisteminin tətbiqinin təmin edilməsi;
- Şirkət üzrə əməkdaşların təlim-inkişaf sisteminin tətbiqinin təmin edilməsi və inkişaf ehtiyaclarına uyğun təlimlərin təşkil edilməsi;
- İnsan Resursları fəaliyyətinə dair hesabatların tərtib edilməsi və məlumatların yenilənməsinin icra edilməsi;
- Vəzifə təlimatlarının dövrü olaraq aktuallığının yoxlanılması və təmin edilməsi;
- Şirkətin nizam-intizam proseslərinin icrasının təmin edilməsi;
- Şirkətin İnsan Resursları siyasətinin qorunması və fəaliyyətin təmin olunması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Lənkəran şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə baş mütəxəssis (Lənkəran)” qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.