Talep No:  27292

İnsan resursları üzrə mütəxəssis

Müəssisə:  BAZARSTORE MMC

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.

Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.

İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.

Tələblər:

  • Təhsil: Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahədə təhsil);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalı (Pərakəndə sektorunda olması üstünlükdür);
  • Əmək qanunvericiliyini və kadr kargüzarlığını yüksək səviyyədə bilməli;
  • MS Office proqramları üzrə yüksək biliklər;
  • SAP HR modulnu bilənlərə üstünlük veriləcəkdir;
  • İngilis və Rus dili bilikləri arzuolunandır;
  • İşgüzar ünsiyyət, analizetmə, komandada işləmə bacarığı və inkişafa meylli olmalı.

 

Vəzifə öhdəlikləri:

  • Yeni işə qəbul edilən işçilərin əmək qanunvericiliyinə əsasən sənədləşmə işilərini həyata keçirmək;
  • Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi proseslərinin icra edilməsi;
  • Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək;
  • İşçilərin şəxsi işlərini hazırlamaq və arxivləşdirmək;
  • Ştat cədvəlinin tərtib edilməsi və daim yenilənməsi təmin etmək;
  • İllik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra icrasını təmin etmək;
  • Struktur bölmələr üzrə davamiyyət tabellərinin yoxlanılması və təsdiqlənməsini təmin etmək;
  • İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təmin etmək;
  • Struktur bölmələrdən daxil olan bütün aidiyyəti yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək

 

İş Qrafiki: Həftə içi 5 gün

İş yeri: Bakı şəh., Bazarstore MMC Baş ofis

Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı

🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis – 27292” qeyd etməyiniz xahiş olunur.