İstehlakçı Araşdırmaları üzrə Mütəxəssis
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə üzrə tələblər:
• Ali təhsil (İqtisadiyyat, statistika və ya əlaqədar sahə üzrə)
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
• Bazar araşdırması və analitik təhlil bacarığı
• MS Office proqramları üzrə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
• Tədqiqat layihələrinin planlaşdırılması və təşkilində araşdırma rəhbərinə dəstək vermək
• Respondentlərin seçilməsi və araşdırma prosesinə cəlb olunmasını təmin etmək
• Sorğu və müsahibə bələdçilərinin hazırlanmasında iştirak etmək
• Dərin müsahibələr, fokus qrupları və digər keyfiyyət araşdırmalarını həyata keçirmək
• Toplanmış məlumatların transkripsiyası, kodlaşdırılması və ilkin təhlilini aparmaq
• Sorğu anketlərinin hazırlanmasında və sahə icrasının təşkilində iştirak etmək
• Sahə komandasına və anketçilərə metodoloji dəstək göstərmək
• Sahə məlumatlarının düzgünlüyünə nəzarət etmək və yoxlama aparmaq
• Araşdırma nəticələrinin ilkin analizi və əsas tapıntıların müəyyən edilməsi
• Hesabatların hazırlanmasında və tövsiyələrin formalaşdırılmasında iştirak etmək
• Araşdırma nəticələrinin təqdimatlarında iştirak etmək
• Tədqiqat etikası və məlumatların məxfiliyinə riayət etmək
Biz nə təklif edirik?
- İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
- İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik və innovativ korporativ mühitdə çalışma imkanı