İstehsalat Sahə rəisi

Müəssisə:  QAFQAZ KONSERV ZAVODU MMC

🎯 Namizəddən gözləntilər:

  • Müvafiq sahədə ali texniki təhsil

  • İstehsalat və sahə rəhbərliyi üzrə minimum 3–5 il iş təcrübəsi

  • Texnoloji prosesləri dərindən anlama bacarığı

  • Komanda idarəetməsi və istehsalat problemlərinin operativ həlli bacarığı

  • Əmək və təhlükəsizlik qaydalarına dair biliklər

 

🛠 Əsas vəzifə öhdəlikləri:

  • Sahənin istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsinə nəzarət

  • Məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalının təmin olunması

  • Avadanlığın fasiləsiz və tam gücü ilə işləməsinə, istehsalın xammalla təminatına və qənaətinə operativ nəzarət

  • İstehsal prosesində yaranan xətaların aradan qaldırılması və çevik həll yollarının təşkili

  • Əmək məhsuldarlığının artırılması və maya dəyərinin azaldılması üçün əlavə istehsalat ehtiyatlarının müəyyənləşdirilməsi və tətbiqi

  • İstehsalatın planlaşdırılması və qabaqcıl metodların tətbiqi ilə iş yerlərinin təkmilləşdirilməsi

  • Avadanlığın boşdayanma səbəbləri və məhsul keyfiyyətindəki problemlərin analiz edilməsi, həlli yollarının hazırlanmasında iştirak

  • Meyvə-tərəvəz məhsullarının iş yerlərində hərəkətinə və istehsalat tapşırıqlarının icrasına dair operativ uçotun aparılması

  • Növbə nəzarətçiləri, operatorlar və digər işçilərin texnoloji və əmək intizamına riayətinə nəzarət və istiqamətləndirmə

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə tapşırıq və tövsiyələrin verilməsi

 

İş vaxtının norması:

5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir. 
 

İş yeri: Xaçmaz şəhəri
 

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində  “İstehsalat Sahə rəisi” göstərməyiniz xahiş olunur.