Şöbə müdiri

Müəssisə:  XƏYAL ADASI MMC

Vakansiyanın adı: Satış və marketinq şöbə müdiri
Namizədə aid tələblər:

•    Marketinq, biznes və ya oxşar sahələrdə bakalavr dərəcəsi. Magistr dərəcəsi üstünlükdür; 
•    Marketinq və satış sahəsində ən az 5 illik təcrübə (Qonaqpərvərlik və ya əyləncə sahəsində təcrübənin olması tərcih edilir).
•    Marketinq büdcələrini, strateji düşüncəni və marketinq planlarının effektiv icrasını inkişaf etdirmək və idarə etmək bacarığı;
•    Liderlik və üstün ünsiyyət bacarıqlarına sahib olmalı, dinamik olmalı;
•    Azərbaycan dili – əla, Rus dili – əla, İngilis dili -  əla səviyyədə bilməlidir.


İş haqqında məlumat:
•    Dreamland Golf Club-da yerləşən aşağıdakı bizneslərin satış və marketinqinin həyata keçirilməsi:
- İstirahət və sağlamlıq üçün ən müasir fitness və spa mərkəzi.
- Əyləncə trampoline (batut) mərkəzi;
- Dəyərli qonaqlarımız üçün lüks otellər.
- Həvəskarlar üçün gözəl dizayn edilmiş, geniş və professional qolf meydançası.
- Hər zövqə uyğun restoran və banket tədbirləri.
•    Marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsi;
•    Satış və gəlirləri artırmaq üçün kompaniyalar və innovativ tanıtım fəaliyyətlərinin həyata keçirilməsi;
•    Rəqəmsal marketinq, sosial media, çap mediası və ictimaiyyətlə əlaqələr də daxil olmaqla bütün marketinq kommunikasiyalarının idarə edilməsi;
•    Marketinq planlarının qüsursuz icrasını təmin etmək üçün müxtəlif strukturlarla (fitness-spa, otel, golf sahəsi, restoran, villalar) sıx əməkdaşlıq edilməsi;
•    Bazar tendensiyalarının izlənilməsi, təhlil edilməsi və rəqabətlə ayaqlaşmaq və dəyişən şərtlərə cavab vermək üçün strategiyaların tənzimlənməsi;
•    Resurslardan səmərəli istifadəni təmin etmək üçün marketinq büdcələrini hazırlanması və idarə edilməsi;
•    Müştəri yönümlü iş və xidmət yanaşmasının tətbiq edilməsi, müştəri rəylərinin və gözləntilərinin qiymətləndirilməsi;

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satış və marketinq şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.

İş Qrafiki:

•    Həftə içi 5 gün, 09:00-18:00

İş Yeri: 

•    Bakı şəhəri

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.