Talep No:  26660

Əməyin mühafizəsi üzrə mühəndi...

Müəssisə:  QAFQAZ KONSERV ZAVODU MMC

Tələblər:

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sənaye mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).

  • Əməyin mühafizəsi sahəsində minimum 3 il iş təcrübəsi.

  • NEBOSH, ISO 45001 və digər beynəlxalq sertifikatların olması üstünlükdür.

  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə Excel və Word).

  • Əməyin mühafizəsi norma və qaydalarını yaxşı bilmək və tətbiq edə bilmək.

  • Komanda ilə işləmək, əməkdaşlıq və ünsiyyət bacarığı.

  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.

Vəzifə Öhdəlikləri:

  • Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələrin istehsalatda tətbiq olunması.

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət.

  • Zədələnmə və bədbəxt hadisələrin səbəblərinin təhlili və qarşısının alınması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi.

  • İş şəraitinin yaxşılaşdırılması məqsədilə kompleks planların hazırlanması və tətbiqi.

  • Binanın, qurğuların və avadanlıqların texniki vəziyyətinin əməyin mühafizəsi üzrə yoxlanılmasında iştirak.

  • Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün tədbirlərin görülməsində iştirak.

  • Yeni işə başlayanlara giriş təlimatlarının keçirilməsi və işçilərə əməyin mühafizəsi üzrə dəstək göstərilməsi.

  • Təhlükəsizlik təlimatlarının hazırlanmasında və işçilərin biliklərinin yoxlanılmasında iştirak.

  • Bədbəxt hadisələrin araşdırılmasında iştirak və müvafiq hesabatların hazırlanması.

  • Ərizə, şikayət və məktubların araşdırılması və lazımi tədbirlərin görülməsi.

  • Mövcud forma və qaydalara uyğun hesabatların hazırlanması və təqdim edilməsi.

  • Təhlükəsiz və sağlam iş şəraitinin yaradılması;

  • Əməyin mühafizəsi üzrə norma, qayda və təlimatların yerinə yetirilməsi;

  • İstehsalat faktorlarının (səs-küy, titrəmə, çirklənmə, tozlanma, işıqlanma və s.) ölçülməsi;

  • Aspirasiya və ventilyasiya sistemlərinin düzgün işləməsi;

  • Qoruyucu qurğular və fərdi mühafizə vasitələrinin vəziyyəti;

  • Təlimatların vaxtında və düzgün keçirilməsi;

  • İşçilərin əməyin mühafizəsi dərslərində iştirakı və attestasiyası;

  • Bədbəxt hadisələrin uçotu və araşdırılması;

  • İşçilərə verilən xüsusi geyim və vasitələrin qorunması, təmizlənməsi və zərərsizləşdirilməsi;

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ayrılan vəsaitlərin düzgün xərclənməsi.

İş vaxtı:

  • 5 günlük iş rejimi

  • İstirahət günləri: Şənbə və Bazar günü

Əmək haqqı və üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə

  • Nahar xidməti şirkət tərəfindən təmin edilir

  • Əmək mühafizəsi, sanitar-gigiyena və digər sosial təminatlar

İş yeri:

  • Xaçmaz rayonu

Müraciət:

Tələblərə cavab verdiyiniz halda, CV-nizi cv@azersun.com elektron poçt ünvanına göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində "SƏTƏM üzrə Mühəndis (Xaçmaz) - 26660" qeyd etməyiniz xahiş olunur.