Ənənəvi marketinq üzrə mütəxəssis

Müəssisə:  SUN FOOD MMC

Tələblər:

  • Marketing və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Ənənəvi marketing (offline) sahəsində minimum 3 il iş təcrübəsi;
  • Xarici dil bilikləri: İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;
  • TV\Radio\Outdoor\İndoor marketinq işləri ilə davamlı təcrübəyə sahib;
  • Media terminologiyasını bilən, media data ilə işləmə və analiz etmə bacarığı; 
  • Rəqəmsal marketinq bilgi və təcrübənin olması əlavə üstünlükdür;
  • Mükəmməl ünsiyyət, səlis danışmaq, izah etmə bacarıqları;
  • Reklam və Marketinq strategiyalarının tətbiqi planının hazırlanması bacarığı;  
  • Yaradıcı yanaşma və nəticəyönümlü iş üslubu;
  • Məsuliyyətli, analitik düşünmə bacarığı;
  • Yaradıcı, kreativlik, komanda ilə işləmək, təqdimatlar hazırlamaq və təqdimetmə bacarığı.

 

İş haqqında məlumat:  

  • Offline media kanallarının effektivliyini doğru qiymətləndirmək üçün markaların hədəf auditoriyasını analiz etmək və buna uyğun offline media planlama strategiyaları hazırlamaq;
  • Offline media planlayıcı brend menecerlər ilə, online media planlayıcı ilə birlikdə çalışmaq, mütəmadi olaraq fikir mübadilələri aparmaq və marka tanıtımına yönəlik ortaq media yayım strategiyası formalaşdırmaq;
  • Hədəf auditoriyanı nəzərə alaraq, media kanallarının potensialını və effektivliyini dəyərləndirmək;
  • Reklam büdcəsini düzgün təyin etmək və bu büdcəyə uyğun olaraq media agentliyinin də dəstəyi ilə media planları hazırlamaq;
  • Reklam kampaniyalarının effektivliyini izləmək, kampaniyanın gedişatında və kampaniyanın sonunda nəticələrin təhlil edilməsi və daha yaxşı nəticələr əldə etmək məqsədilə yeni yanaşmaların təklif edilməsi;
  • Rəqiblərin reklam strategiyalarını izləmək və təhlil etmək. Rəqiblərin istifadə etdiyi media kanalları və reklam formatları haqqında məlumat toplamaq;
  • Media kampaniyalarının nəticələrini (SOV, PBA və s.) rəhbərlik və müştərilər (brend menecerləri) üçün hesabatlar şəklində təqdim etmək;
  • Müxtəlif analiz alətlərindən istifadə edərək, kampaniyanın performansını (televiziya reklamlarının əldə etdiyi GRP-ləri, açıq hava reklamlarının görünürlük dərəcəsi kimi statistikaları, araşdırma nəticələrini) izləmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

 

  • Bakı şəhəri

 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

Email-in mövzu hissəsində Ənənəvi marketinq üzrə mütəxəssis qeyd etməyiniz xahiş olunur.

 

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.