Talep No:
26745
Abşeron-Xızı iqtisadi regionu üzrə qəza
Müəssisə:
AZ SƏNAYE SIĞORTA ASC
Vəzifə öhdəlikləri:
- Qəbul edilmiş hadisə barədə məlumatı araşdırmaq (ətrafda kamera nəzarəti olub olmamasını araşdırmaq, işin süni qurulmuş olub olmadığını araşdırmaq və s.);
- Hadisə yerinə çıxış etmək;
- Yol nəqliyyat hadisəsi zamanı sürücülərin kimliyini, nəqliyyat vasitəsini həqiqətən da onların idarə etdiyini, istifadə üçün bütün sənədlərinin olub olmamasını, sığorta şəhadətnaməsini yoxlamaq;
- Hadisə barədə ətraflı məlumat əldə etmək üçün DYP və digər dövlət qurumları ilə əlaqə saxlamaq;
- Hadisə yerindən şəkillər çəkmək, iştrakçılardan video müsahibə almaq (qarşı tərəf razı olduğu halda);
- Hadisəyə aid şəkilləri, video və digər sənədləri ümumi elektron qovluğuna daxil etmək;
- Digər çatışmayan sənədləri tələb etmək;
- Ehtiyac olarsa sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın (Forma 4 və ya digəri) əldə edilməsi göndərilməsi ilə əlaqədar səlahiyyətli dövlət orqanına (DYP və s.) sorğu göndərmək;
- Sığorta hadisəsi iştirakçılarına raport və ərizələri imzalatdırmaq, bildirişləri təqdim etmək;
- Sığorta hadisəsi yerində DYP əməkdaşı tərəfindən YNH-nin iştirakçılarının sənədlərini aparılmış olsa belə, tələb olunan sənədlərin surətlərini və ya şəkillərini əldə etmək məqsədilə DYP-nın ünvanına getmək;
- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrini yoxlamaq;
- Sərxoşluq və digər halların dərəcəsini yoxlamaq üçün səlahiyyətli dövlət orqanın iştirakı ilə sürücünü müvafiq orqanda müayinəyə yönəltmək;
- Sığorta hadisəsinə aid raport, ərizələr və ilkin topladığı digər sənədləri 1 iş günü ərzində departament müdirinə təqdim etmək;
Tələblər:
- Orta təhsil;
- Sürücülük vəsiqəsi B kateqoriyası üzrə;
- Müvafiq sahə üzrə 1ilədək iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Rus dili, Türk dili orta səviyyədə;
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Gümüş Plaza
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Abşeron-Xızı iqtisadi regionu üzrə qəza komissarı-26745" qeyd etməyiniz xahiş olunur.