Dizayner
Vakansiya: Dizayner
Tələblər:
• Ali təhsilli olmalı;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi olmalı;
• Adobe Photoshop, Adobe Illustrator, Corel Draw, Adobe In-Design, Illüstrator, 3D, Esko studiyo proqramlarını yüksək səviyyədə bilməli;
• Komanda ilə işləmə bacarığı olmalıdır.
İş haqqında məlumat:
• Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Dizayn üzrə eskizləri, ilk maketi hazırlamaq, rəhbərlikdən ve müştəridən gələn düzəlişləri icra etdikdən sonra, son variant dizayn maketlerinin (çap üçün) hazırlanması;
• Daim trendlerin, dizayn sahəsində dəyişikliklərin, işin proqram təminatı ilə bağlı yeniliklərin izlənilməsi, özünə məxsus yaradıcılıq məhsulu olan dizayn nümunələrinin təqdim edilməsi
• Reklam şirkətləri və mətbəələr ilə əməkdaşlıq edilməsi;
• Foto sessiyaların həyata keçirilməsi ve dizayn kompoziyasına uyğunlaşdırılması.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Dizayner” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Xırdalan Karton Fabriki
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.