Talep No:  27288

Büdcə və hesabatlılıq üzrə mütəxəssis

Müəssisə:  BAZARSTORE MMC

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.

Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.

İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.

Tələblər:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
  • Büdcə və maliyyə hesabatları üzrə minimum 2 il iş təcrübəsi;
  • Retail sektoru üzrə iş təcrübəsi üstünlükdür;
  • Maliyyə proqramları və MS Office proqramları üzrə (xüsusilə Excel) yüksək biliklər;
  • Analitik düşüncə və diqqətlilik;
  • Yaxşı kommunikasiya bacarıqları və komandada işləmək qabiliyyəti;
  • İngilis dili biliyi üstünlükdür.

 

Vəzifə öhdəlikləri:

  • İllik və aylıq büdcələrin hazırlanması və təhlili;
  • Maliyyə hesabatlarının vaxtında və dəqiq hazırlanması (gəlir və xərclər hesabatları, balans hesabatları və s.);
  • Büdcə icrasının izlənilməsi və fərqliliklərin analiz edilməsi;
  • Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə təqdimatı;
  • Əməliyyat xərclərinin idarə olunması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;

 

İş Qrafiki: Həftə içi 5 gün

İş yeri: Bakı şəh., AL Market MMC Baş ofis

Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı

🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə və hesabatlılıq üzrə mütəxəssis – 27288” qeyd etməyiniz xahiş olunur.

"Bazarstore" mağazalar şəbəkəsi Azərbaycanda sürətlə inkişaf edən və dünya standartlarını əsas tutaraq irəliləyən mağazalar şəbəkələrindəndir. Təbii ki, “Bazarstore” mağazalarının uğuru bütün Müəssisə əməkdaşlarının komanda olaraq birgə nailiyyətidir. Bu gün ölkəmizdə müxtəlif sahələr üzrə rəqabət yüksək səviyyədədir. Bu rəqabət ilə ayaqlaşmağın, zamanın tələblərindən geri qalmamağın əsas prinsipləri bunlardır: Müəssisə üzrə kadrların doğru seçilməsi, kadrların iş həyatına müsbət təsir edəcək tədris və təlimlərlə peşəkarlıqlarını artırmaları və ən əsası işçilərin motivasiyasıdır. Şirkətin İnsan Resurslarının bu tələblər üzrə doğru siyasətinin böyük və əhəmiyyətli rolu var.