Talep No:  24941

Qarabağ iqtisadi regionu üzrə qəza komissarı

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Vakansiya: Qarabağ iqtisadi regionu üzrə qəza komissarı

Tələblər:

  • Tam orta təhsilli olmalı;
  • Microsoft Office proqramları bilməli;
  • Sığorta sahəsində iş təcrübəsi olmalı;
  • Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
  • B kateqoriyalı sürücülük vəsiqəsi

İş haqqında məlumat: 

  • Qəbul edilmiş hadisə barədə məlumatı araşdırmaq (ətrafda kamera nəzarəti olub olmamasını araşdırmaq, işin süni qurulmuş olub olmadığını araşdırmaq və s.);
  • Hadisə yerinə çıxış etmək;
  • Yol nəqliyyat hadisəsi zamanı sürücülərin kimliyini, nəqliyyat vasitəsini həqiqətən da onların idarə etdiyini, istifadə üçün bütün sənədlərinin olub olmamasını, sığorta şəhadətnaməsini yoxlamaq;
  • Hadisə barədə ətraflı məlumat əldə etmək üçün DYP və digər dövlət qurumları ilə əlaqə saxlamaq;
  • Hadisə yerindən şəkillər çəkmək, iştrakçılardan video müsahibə almaq (qarşı tərəf razı olduğu halda);
  • Hadisəyə aid şəkilləri, video və digər sənədləri ümumi elektron qovluğuna daxil etmək;
  • Digər çatışmayan sənədləri tələb etmək;
  • Ehtiyac olarsa sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın (Forma 4 və ya digəri) əldə edilməsi göndərilməsi ilə əlaqədar səlahiyyətli dövlət orqanına (DYP və s.) sorğu göndərmək;
  • Sığorta hadisəsi iştirakçılarına raport və ərizələri imzalatdırmaq, bildirişləri təqdim etmək;

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Qarabağ iqtisadi regionu üzrə qəza komissarı” qeyd etməyiniz xahiş olunur.


İş Yeri: Bərdə rayonu