Ödəniş kartları üzrə mütəxəssis

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Vakansiya: Ödəniş kartları üzrə mütəxəssis

 

Tələblər:

  • Ali təhsilli (iqtisadi, texniki) olmalı;
  • Ödəniş Kartları, Ekvayrinq və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
  • İngilis dili bilgisinə üstünlük verilir;
  • Microsoft Office və Kart proqram bilikləri olmalı;
  • Analitik düşünmə, iş planlama, komandada işləmə bacarığı. 

 

İş haqqında məlumat:

  • Ödəniş kartları üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
  • Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir, Beynəlxalq Ödəmə Sistemləri və BKM qaydalarına uyğun olaraq, hərəkət edir;
  • Ödəniş kartları üzrə əməliyyatlarda yaranan mübahisəli halları araşdırır və həll edir;
  • Visa və MasterCard web tətbiqlərinə nəzarət edir; lazımı yeniləmələri tətbiq edir;
  • Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra edilməsinə nəzarət edir;
  • Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra edir, ya da prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edir;
  • Visa, Master, Milli Kart və BKM-dən daxil olan klirinq hesablaşmalarını təhlil və icra edir.
  • Bank, filial və digər bölmələrin ödəniş kartları ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
  • Ödəniş kartları prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
  • Personalizasiya edilmiş və ya edilməmiş pin zərf və kart qalıqlarına nəzarət edir;
  • ATM və Pos terminal şəbəkəsində icra edilən əməliyyatlar üzrə müxabirləşmələrin müvafiq hesablarda düzgün əks olunmasına nəzarət edir.
  • ATM və Pos terminal şəbəkəsində icra edilən əməliyyatlar üzrə yaranan mübahisəli halları araşdırır, həll edir və hesablara nəzarət edir.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

 

İş yeri:

  • Bakı şəhəri.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  cv@azersun.com  elektron ünvanına göndərə  bilərlər;

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ödəniş kartları üzrə mütəxəssisgöstərməyiniz xahiş olunur