Ödəniş kartları üzrə baş mütəxəssis
Müəssisə:
AZ SƏNAYE BANKI ASC
Tələblər:
- Ali təhsilli (iqtisadi, texniki) olmalı;
- Ödəniş xidmətləri, ödəniş sistemləri və Bank işi üzrə 3-5 il iş təcrübəsi;
- İngilis dili bilgisinə üstünlük verilir;
- Analitik düşünmə, iş planlama, komandada işləmə bacarığı.
İş haqqında məlumat:
- Ödəniş kartları üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
- Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir, Beynəlxalq Ödəniş Sistemləri və Banklararası Kart Mərkəzi (BKM) qaydalarına uyğun olaraq, hərəkət edir;
- Ödəniş kartları üzrə əməliyyatlarda yaranan mübahisəli halları araşdırır və həll edir;
- Beynəlxalq Ödəniş Sistemlərinin web platformalarına nəzarət edir; lazımı yeniləmələri və məcburi tələblərin icrasını təmin və tətbiq edir;
- Bank ödəniş xidmətləri və ödəniş sistemləri proseslərinin Beynəlxalq Ödəniş Sistemləri, Xidmət Mərkəzləri (kart prosessinq mərkəzləri) və Banklararası Kart Mərkəzi (BKM) qaydalarına uygun olaraq icra edilməsinə nəzarət edir;
- Beynəlxalq Ödəniş Sistemləri, Xidmət Mərkəzləri (kart prosessinq mərkəzləri) və Banklararası Kart Mərkəzi (BKM) qayda yeniləmələrini təqib və icra edir.
- Beynəlxalq Ödəniş Sistemləri, Xidmət Mərkəzləri (kart prosessinq mərkəzləri) və Banklararası Kart Mərkəzi (BKM)-dən daxil olan klirinq hesablaşmalarını təhlil və icra edir.
- Bank, filial və digər bölmələrin ödəniş kartları ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
- Ödəniş kartları prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
- Personalizasiya edilmiş və edilməmiş pin zərf və kart qalıqlarına nəzarət edir;
- Banka aid xidmət şəbəkəsində icra edilən əməliyyatlar üzrə müxabirləşmələrin müvafiq hesablarda düzgün əks olunmasına nəzarət edir.
- Banka aid xidmət şəbəkəsində icra edilən əməliyyatlar üzrə yaranan mübahisəli halları araşdırır, həll edir və hesablara nəzarət edir.
- Ödəniş kartları üzrə fırıldaqçılıq əməliyyatının qarşısının alınması üçün gərəkli tədbirlərin görülməsini təmin edir.
- Ödəniş kartları üzrə mövcud məhsulların inkişafı və yeni məhsulların yaradılmasında iştirak edir.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər;
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ödəniş kartları üzrə baş mütəxəssis” göstərməyiniz xahiş olunur