Talep No:  23809

Ödəniş kartları üzrə baş mütəxəssis

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Tələblər:

  • Ali təhsilli (iqtisadi, texniki) olmalı;
  • Ödəniş Kartları, Ekvayrinq və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
  • İngilis dili bilgisinə üstünlük verilir;
  • Microsoft Office və Kart proqram bilikləri olmalı;
  • Analitik düşünmə, iş planlama, komandada işləmə bacarığı. 

İş haqqında məlumat:

  • ATM və Pos terminal şəbəkəsi üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
  • Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir, Beynəlxalq Ödəmə Sistemləri və BKM qaydalarına uyğun olaraq, hərəkət edir;
  • Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra edilməsinə nəzarət edir;
  • Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra edir, ya da prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edir;
  • Bank, filial və digər bölmələrin ATM və Pos terminal şəbəkəsi ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
  • ATM və Pos terminal şəbəkəsi üzrə prosedurları qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
  • ATM və Pos terminal şəbəkəsində icra edilən əməliyyatlar üzrə müxabirləşmələrin müvafiq hesablarda düzgün əks olunmasına nəzarət edir.
  • ATM və Pos terminal şəbəkəsində icra edilən əməliyyatlar üzrə yaranan mübahisəli halları araşdırır, həll edir və hesablara nəzarət edir.
  • Yeni ATM və Pos terminal quraşdırılması tələbi üzrə daxil olan müraciətləri təhlil edir və uyğun tələbləri təmin edir;
  • ATM və Pos terminalların müvafiq bank sistemlərində, həmçinin Pos terminalların DVX sistemində qeydiyyata alınması və qeydiyyatdan çıxarılmasını təmin edir.
  • ATM və Pos terminal şəbəkəsi üzrə daxil olan texniki problemlərin araşdırılması və həll edilməsini təmin edir;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  cv@azersun.com  elektron ünvanına göndərə  bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ödəniş kartları üzrə baş mütəxəssisgöstərməyiniz xahiş olunur.