Ödəniş kartları üzrə mütəxəssis
Müəssisə:
AZ SƏNAYE BANKI ASC
Vakansiya: Ödəniş kartları üzrə mütəxəssis
Tələblər:
- Ali təhsilli (iqtisadi, texniki) olmalı;
- Ödəniş Kartları, Ekvayrinq və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
- İngilis dili bilgisinə üstünlük verilir;
- Microsoft Office və Kart proqram bilikləri olmalı;
- Analitik düşünmə, iş planlama, komandada işləmə bacarığı.
İş haqqında məlumat:
- Ödəniş kartları üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
- Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir, Beynəlxalq Ödəmə Sistemləri və BKM qaydalarına uyğun olaraq, hərəkət edir;
- Ödəniş kartları üzrə əməliyyatlarda yaranan mübahisəli halları araşdırır və həll edir;
- Visa və MasterCard web tətbiqlərinə nəzarət edir; lazımı yeniləmələri tətbiq edir;
- Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra edilməsinə nəzarət edir;
- Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra edir, ya da prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edir;
- Visa, Master, Milli Kart və BKM-dən daxil olan klirinq hesablaşmalarını təhlil və icra edir.
- Bank, filial və digər bölmələrin ödəniş kartları ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
- Ödəniş kartları prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
- Personalizasiya edilmiş və ya edilməmiş pin zərf və kart qalıqlarına nəzarət edir;
- ATM və Pos terminal şəbəkəsində icra edilən əməliyyatlar üzrə müxabirləşmələrin müvafiq hesablarda düzgün əks olunmasına nəzarət edir.
- ATM və Pos terminal şəbəkəsində icra edilən əməliyyatlar üzrə yaranan mübahisəli halları araşdırır, həll edir və hesablara nəzarət edir.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər;
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ödəniş kartları üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur