İşə qəbul üzrə təcrübəçi

Müəssisə:  BAZARSTORE MMC

 

 

Vəzifəyə tələblər:

  • Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s. ixtisaslar) olmalı;
  • MS Ofiice proqramlarından istifadə etməyi bacarmalı
  • Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;



Vəzifə öhdəlikləri:

  • Müxtəlif ünvanlardan daxil olan iş müraciətlərini çeşidləmək və incələmək;
  • Namizədlərlə əlaqə saxlayaraq iş müsahibəsinə dəvət etmək;
  • Namizədlərlə müxtəlif nəzəri və praktiki testləşməni həyata keçirmək;
  • Komissiyaları təşkil etmək və namizədləri görüşə dəvət etmək;
  • Müsahibə və komissiya nəticələrini namizədlərlə bölüşmək;
  • İşə alınan işçilərə sənəd siyahısı təqdim etmək;
  • İşin tələb etdiyi digər məsələlərdə köməklik göstərmək.

 

İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı

 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində İşə qəbul üzrə təcrübəçi Bazarstore MMC" qeyd etməyiniz xahiş olunur.


 


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

"Bazarstore" mağazalar şəbəkəsi Azərbaycanda sürətlə inkişaf edən və dünya standartlarını əsas tutaraq irəliləyən mağazalar şəbəkələrindəndir. Təbii ki, “Bazarstore” mağazalarının uğuru bütün Müəssisə əməkdaşlarının komanda olaraq birgə nailiyyətidir. Bu gün ölkəmizdə müxtəlif sahələr üzrə rəqabət yüksək səviyyədədir. Bu rəqabət ilə ayaqlaşmağın, zamanın tələblərindən geri qalmamağın əsas prinsipləri bunlardır: Müəssisə üzrə kadrların doğru seçilməsi, kadrların iş həyatına müsbət təsir edəcək tədris və təlimlərlə peşəkarlıqlarını artırmaları və ən əsası işçilərin motivasiyasıdır. Şirkətin İnsan Resurslarının bu tələblər üzrə doğru siyasətinin böyük və əhəmiyyətli rolu var.