Talep No:  24936

İT üzrə mütəxəssis

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Vəzifə öhdəlikləri:

 

  • Daxili serverin işini idarə edən daxili Web serverin və əməliyyat sisteminin təşkilini yerinə yetirmək;
  • Daxili serverin təhlükəsizliyini təmin etmək;
  • Mövcud qanunvericilik tələbləri baxımından cəmiyyətin mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
  • Cəmiyyətin bütün kompyuterlərinin təhlükəsizliyinin təmin olunması;
  • PL/ TMM əməliyyatlarına nəzarəti həyata keçirmək;
  • İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli;
  • Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;
  • Telefon şəbəkəsi ilə bağlı texniki problemlərin həllində iştirak etmək;     

 

Tələblər:

 

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook), Şəbəkə strukturunun işləmə prinsipi, Kompüterlərin daxili qurğularının işləmə prinsipi, Windows 2008 server və Windows 2012 server əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklər, VLAN, VPN, DNS, AD, Terminal Services üzrə nəzəri və praktiki biliklər, Müşahidə kameraları (İP, analog) ilə iş;
  • CCNA, Microsoft OS sertifikatları mütləqdir;        

                               

Biz nə təklif edirik: 

 

  • İş yeri: Bakı şəhəri, Gümüş Plaza
  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur.
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
  • İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət

 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " İT üzrə mütəxəssis - 24936 " qeyd etməyiniz xahiş olunur.