Talep No:
26504
İT üzrə təcrübəçi
Müəssisə:
AZ SƏNAYE BANKI ASC
İş haqqında məlumat:
- İstismar olunan İT avadanlıqlarına texniki baxış, təmir və yenilənmə işlərində mütəxəssislərə kömək etmək;
- Kiçik texniki nasazlıqları aradan qaldırmaq və sazlamaları aparmaq;
- Baş ofis və filiallarda informasiya şəbəkəsinin komponentləri arasında fiziki rabitə xəttinin çəkilişində iştirak etmək, şəbəkə administratorlarına texniki dəstək göstərmək;
- İnformasiya sistemləri avadanlıqlarının modernləşdirilməsi məqsədilə kompüter sahəsi və yaxın texnologiyalarda yeniləmələri izləmək;
- İstifadəçi tələbi və kompüter avadanlığı imkanlarının optimal kombinasiyasını müəyyənləşdirərək təkliflər vermək;
- İnformasiya sistemlərində suistimallar barədə və onlarla bağlı görülmüş tədbirlər haqqında rəhbərliyə məlumat vermək.
Tələblər:
- Ali təhsil (İT sahəsi üzrə);
- Azərbaycan dili (İngilis və Rus dillərində texniki biliklər üstünlükdür);
- Kompüter avadanlıqları və onların proqram təminatının iş prinsiplərini bilmək;
- Həm fərdi, həm də komanda ilə işləmək bacarığı;
- Analitik düşüncə, hesabat vermə və problemləri müstəqil həll etmə bacarığı.
İş rejimi:
- 5 günlük iş həftəsi (şənbə və bazar istirahət günləridir).
Üstünlüklər:
- Təcrübə proqramı ödənişlidir;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland Baku).
Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər.
Email-in mövzu hissəsində mütləq “İT üzrə təcrübəçi” qeyd edilməlidir.