İddiaların tənzimlənməsi üzrə mütəxəssis

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – əla, Rus- yaxşı, Türk -yaxşı səviyyədə bilməsi üstünlükdür;
  • Analiz etmə, dəyərləndirmə bacarıqları;
  • Yüksək ünsiyyət, danışıq aparmaq və müştərilərlə işləmək bacarığı;
  • Sığorta qanunvericiliyi bilikləri.

Vəzifə öhdəlikləri:

  • Sığorta hadisəsi hesab edilən hallar üzrə məlumatları sistemə daxil etmək və işləri icra etmək (yük sığortası istisna);
  • Sığorta işinə ödəmə qərarı verildikdən sonra sənədləri toplayıb Müştəri Xidmətləri şöbəsinə təhvil vermək;
  • İl ərzində olan sığorta ödənişi aktların təqibi cədvəlini hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Bütün sığorta növləri üzrə rəhbərliyin tələb etdiyi hesabatların hazırlanmasında, müqayisəli təhlilin aparılmasında iştirak etmək;
  • Hər bir iş üçün digər şöbələrdən sənədləri təhvil-təslim etmək, yoxlanılması, təqibini, nəzarəti və uçotunu aparmaq;
  • Bütün bu növ işlərin arxivləşdirilməsini aparmaq.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "İddiaların tənzimlənməsi üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.