İnşaat Layihə mühəndisi

Müəssisə: 

Tələblər:

  • İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
  • Müvafiq sahəyə uyğun konstruktor olaraq ən az 3 il iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
  • Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
  • Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
  • Dəmir - beton , metal konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir,
  • Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir,
  • MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, Sap, 3DsMAX və s.


İş haqqında məlumat:  

  • Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
  • Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
  • Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
  • Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
  • Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
  • Metal konstruksiya , dəmir beton konstruksiya , taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
  • Müxtəlif mexanizm və qurğuların, ştampların və presformaların 3D modelləşdirilmə layihələrini işləyib hazırlamaq;
  • 2D cizgiləri hazırlamaq və arxivləşdirmək;
  • Nümunəvi detal və ya mexanizmləri ölçmək və cizgilərini işləmək

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnşaat layihə mühəndisi " qeyd etməyiniz  xahiş olunur.

İş Qrafiki: Həftə içi 5 gün 
İş Yeri: Bakı şəhəri