İnformasiya Texnologiyaları Departamentinin müdiri

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Tələblər:

  • Təhsil: Ali təhsil (müvafiq sahə üzrə);
  • Təcrübə: minimum  3 il (müvafiq vəzifədə);
  • İT İnfrastrukturunun strateji idarəçiliyi üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartların tələbləri üzrə biliklər;
  • Bankın İT İnfrastrukturunun xarici İT Resursları ilə qarşılıqlı əlaqəsini idarə etmək bacarığı;
  • Ən son texnologiya konsepsiyaları və tətbiqləri haqqında yüksək səviyyədə biliklər; 
  • İT Layihələrinə rəhbərlik etmək və idarə etmək bacarığı;
  • Virtuallaşma mühitləri(Vmware, Hyper-V, Nutanix) və texnologiyaları(Private Cloud, Cloud) üzrə yüksək səviyyədə bilik və iş təcrübəsi;
  • Active Directory, DNS, DHCP, Group Policies, File Server, Exchange Server, Korporativ Antivirus sistemlərinin təhlükəsizliyi üzrə bilik və iş təçrübəsi;
  • Enterprise şəbəkə cihazları və həlləri(802.1x, ISE, VPN, NGFW, VoIP ) üzrə bilik və iş təcrübəsi;
  • Müxtəlif platformalı əməliyyat sistemlərinin(Windows, Linux, Unix, FreeBSD, MACos) iş prinsipləri üzrə biliklər.

İş haqqında məlumat:

  • İT Əməliyyatlarının qaydalar çərcivəsində aparılmasına və İT Heyyətin işinə nəzarət edir;
  • Bankın İT Strategiyasını müəyyənləşdirir. İT Lahiyələrin icrasına rəhbərlik edir;
  • Bankın bütün İT İnfrastrukturunu, o cümlədən proqram və aparat vasitələrini, bütün növ rabitə vasitələrini, internet kanallarını və s. idarə edir;
  • Biznes və texnologiya ehtiyaclarıni müəyyən edir və İT Resurslarından səmərəli istifadəni təmin edir;
  • İT Departamentin illik büdcəsini hazırlayir və idarə edir;
  • İT Departamenti işçilərini istiqamətləndirir, təlimatlandırır və lazım gəldikdə təlimlər keçir;
  • İT Departamentinin fəaliyyəti ilə bağlı hesabatlar hazırlayır.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri:

  • Bakı şəhəri.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində İnformasiya Texnologiyaları Departamentinin müdiri qeyd etməyiniz xahiş olunur.