İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
Müəssisə:
AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil;
- İnformasiya təhlükəsizliyi, kompüter elmləri və ya digər sahə üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- ISO 27001, NIST, OWASP və digər təhlükəsizlik standartları üzrə biliklər;
- SIEM, DLP, EDR, Firewall, IDS/IPS sistemləri ilə işləmə bacarığı;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Komandada işləmək və yazılı/şifahi ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin informasiya təhlükəsizliyi siyasətinin və prosedurlarının hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
- İT sistemləri və şəbəkələrin təhlükəsizlik monitorinqinin aparılması, zəifliklərin (vulnerability) müəyyən edilməsi və aradan qaldırılması;
- Təhlükəsizlik insidentlərinə (security incidents) operativ reaksiya vermək, insidentin araşdırılması və hesabatlandırılması;
- Antivirus, firewall, DLP, SIEM, EDR,XDR və digər təhlükəsizlik sistemlərinin qurulması və idarə olunması;
- İnformasiya resurslarının (verilənlər bazası, tətbiqlər, istifadəçi məlumatları və s.) qorunmasına dair texniki və təşkilati tədbirlərin həyata keçirilməsi;
- İstifadəçilərin təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi və mütəmadi təlimlərin keçirilməsi;
- Təhlükəsizlik risklərinin qiymətləndirilməsi, risklərə qarşı tədbir planlarının hazırlanması və icrasının izlənməsi;
- Yeni texnologiyaların tətbiqindən əvvəl təhlükəsizlik üzrə qiymətləndirmələrin aparılması;
- Daxili və xarici audit proseslərində iştirak, uyğunluq üzrə sənədlərin hazırlanması (məsələn: ISO 27001, GDPR və s.);
- Loqların və trafik analizinin aparılması, şübhəli fəaliyyətlərin araşdırılması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Əmək haqqı: Razılaşma yolu ilə;
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.