İnsan resursları üzrə baş mütəxəssis

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Vəzifə Təsviri: 

Azərsun Holding olaraq, insan resurslarının idarə olunması sahəsində təcrübəli Baş mütəxəssis axtarırıq. Bu vəzifənin əsas məqsədi işə qəbul zamanı əməkdaş məlumatlarının SAP proqramına və ƏMAS altsisteminə dəqiq şəkildə işlənməsi, yeni işçilərin şəxsi işlərinin formalaşdırılması və onboarding proseslərinin təşkili ilə bağlı proseslərə nəzarətin təmin edilməsidir. Vəzifəyə yeni qəbul olunan əməkdaşlarla tanışlıq və oriyentasiya görüşlərinin keçirilməsi, sınaq müddətini tamamlayan əməkdaşlarla təəssürat və təkliflərinin öyrənilməsi məqsədilə fərdi görüşlərin təşkili daxildir. Eyni zamanda performans hədəflərinin müvafiq sistemlərə daxil edilməsində və istedadların idarə olunması sisteminə məlumatların düzgün ötürülməsində əməkdaşlara dəstək göstərilməsi, suallarının cavablandırılması bu vəzifənin əsas istiqamətlərindəndir.

Baş Mütəxəssis işdən çıxış zamanı daxili portal üzərindən son hesablaşma prosesinin başlanması və müvafiq ardıcıllıqla icrasını izləyir, əməkdaşla çıxış müsahibəsini aparır, şəxsi işlərin arxivləşdirilməsini təmin edir və ƏMAS altsistemində xitamın düzgün şəkildə tamamlanmasına nəzarət edir. Bu vəzifə həmçinin insan resursları sistemlərinin effektiv fəaliyyətini təmin etmək məqsədilə gündəlik əməliyyatlarda əməkdaşlara dəstək verməklə yanaşı, bütün HR proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun həyata keçirilməsində mühüm rol oynayır.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis- üstünlükdür;
  • Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə əla biliklər;
  • Əmək qanunvericiliyi üzrə kifayət qədər biliklər;
  • SAP (HSP) və SuccessFactors (SF) üzrə biliklər üstünlük hesab olunur;
  • Performansın və istedadların idarə olunması sistemləri üzrə praktiki təcrübə;
  • Özünü inkişaf etdirməyə maraqlı, təşəbbüskar və problemhəll etmə, sərbəst qərarvermə bacarıqlarına malik olmaq;
  • Güclü məntiqi və analitik düşüncə qabiliyyəti;
  • Komanda ilə effektiv işləmək bacarığı;
  • Yüksək səviyyədə problem həll etmə bacarığı.

İş haqqında məlumat:

  • Performans hədəflərinin müvafiq sistemə daxil edilməsində əməkdaşlara dəstək verilməsi, onların bu sistemlə bağlı bilgiləndirilməsi, suallarının cavablandırılması
  • İstedadların idarəolunması sisteminə məlumatların daxil edilməsində əməkdaşlara dəstək verilməsi, onların bu sistemlə bağlı bilgiləndirilməsi, suallarının cavablandırılması
  • İşə qəbul zamanı işçi məlumatlarının SAP proqramına və ƏMAS altsisteminə işlənməsi, şəxsi işlərin formalaşdırılması
  • İşə qəbul zamanı yeni işçilərlə onboarding görüşünün keçirilməsi, sınaq müddətini tamamlayan işçilərlə ilkin təəssüratlarının, irad və təkliflərinin müəyyənləşdirilməsi üçün görüşlərin keçirilməsi
  • Xitam zamanı daxili portal üzərindən son hesablaşma formunun başladılması və təqib edilməsi.
  • İşdən çıxan işçilərin şəxsi işlərinin arxivlənməsi, ƏMAS altsistemində xitamın icrası, işçilərlə çıxış müsahibəsinin aparılması.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Servis xidməti mövcuddur;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  cv@azersun.com  elektron ünvanına göndərə  bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan resursları üzrə baş mütəxəssisgöstərməyiniz xahiş olunur.

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.