İnsan resursları üzrə mütəxəssis
Müəssisə:
İNNOVA KONS. & KONTR. MMC
Tələblər:
- İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
- Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır.
- MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
- AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Miqrasiya məcəlləsini bilməli;
- Yüksək ünsiyyət bacarığı olmalı;
- SAP HR modulunda bilgili olması üstünlükdür;
- İnşaat sahəsində təcrübəsi olması üstünlükdür;
Vəzifə Öhdəlikləri:
- Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
- Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
- Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir