Talep No:  26057

İnsan resursları üzrə təcrübəçi

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Tələblər:

  • Ali təhsil;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Analiz etmə, dəyərləndirmə bacarıqları;
  • Müstəqil və komandada işləmə.

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərini tərtib etmək;
  • Kadr, ştat, ezamiyyət, məzuniyyət, mükafat, töhmət, məzuniyyətdən geri çağırılma və digər əsaslarla bağlı əmrləri və tələb olunan sənədləri hazırlamaq;
  • İşçiləri arayışla, əmək haqqı və davamiyyət kartı ilə təmin etmək;
  • Elektron İnformasiya Sisteminə işçilərin müqavilələrini və müqaviləyə əlavələrini daxil etmək;
  • İşçilərin icbari sığorta əməliyyatlarını müvafiq elektron portaldan icra etmək;
  • SAP HR proqramına kadr məlumatlarını daxil etmək;
  • Kadr məzuniyyət balansını və illik məzuniyyət cədvəlini hazırlanmasında iştirak etmək;
  • İşçilərin davamiyyətini aparmaq, turniket üzərindən nəzarət etmək;
  • Bütün növ əmrlərin qeydiyyatını aparmaq;
  • İş qrafiklərinin struktur bölmə rəhbərləri tərəfindən təsdiqli nüsxəsinin təqdim edilməsinə nəzarət etmək;
  • Aylıq tabelləri tərtib edilməsində iştirak etmək;
  • Ofisdə yaranan problemlərlə bağlı müraciətləri araşdırmaq, səlahiyyəti çərçivəsində aradan qaldırmaq;
  • İşçilərin iş səfərləri zamanı viza və bilet almaq, mehmanxana rezervasiyası etmək;
  • İşçiləri korporativ nömrələr ilə təmin etmək və korporativ nömrələr ilə yaranan bütün problemləri həll etmək. 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü. 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.

İş yeri:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " İnsan resursları üzrə təcrübəçi" qeyd etməyiniz xahiş olunur.