İstedadların İdarəedilməsi Şöbəsinin Müdiri

Müəssisə: 

Tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan – əla; İngilis dili-əla;
  • Microsoft Office- Yaxşı;
  • Təcrübə: 6 il (Karyera İdarəetmə, İstedad İdarəetmə və oxşar sahələrdə)
  • Hesabatı və təhlili aparmaq bacarığı;
  • Komanda işinə meylli olmaq və analitik düşünərək problemləri həll etmək bacarığı;
  • Təlim, kouçinq və inkişaf proqramları və s. sahələrdə layihə idarəetmə təcrübəsi;
  • Qlobal HR və istedad tendensiyalarına və ən yaxşı təcrübələr haqqında məlumatlı olmaq.

 

Vəzifə öhdəlikləri:

  • Şirkətdaxili istedadlar üçün müsahibələr və karyera planlaması araşdırmalarının aparılması;
  • Dəyərləndirmə Mərkəzinin planlaşdırılması, monitorinqi və hesabatlarının hazırlanması;
  • İstedad fondunun yaradılması və təqib proseslərinin dəstəklənməsi, istedadların idarə edilməsi ilə bağlı yeni layihələrin hazırlanması və innovasiya fəaliyyətlərində iştirak;
  • Kritik mövqelərin və ehtiyat proseslərinin müəyyən edilməsi, təşkilat daxilində istedad ehtiyatlarının müəyyən edilməsi və istedadlar üçün inkişaf planının hazırlanması proseslərində iştirak etmək;
  • İnsan Resurslarının digər funksiyaları ilə birlikdə yüksəliş, rotasiya və təyinatların qiymətləndirilməsini idarə etmək.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində İstedadların İdarəedilməsi Şöbə Müdiri” qeyd etməyiniz xahiş olunur.

 

Azərsun Holdinq MMC


1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.