Talep No:
26549
İxrac üzrə mütəxəssis
Müəssisə:
AZƏRSUN HOLDINQ MMC
Əsas öhdəliklər:
- İxrac olunacaq yükə invoys (faktura) hazırlanması, CMR-lərin yazılması, Packing List və müqavilə əlavələrinin hazırlanması;
- İxrac rəsmiləşdirmə üçün tərtib olunan sənədlərin toplanaraq GB (Gömrük bəyannaməsi) yazılması üçün, BBGİ saytında qeydiyyatdan keçirilərək kod alınması;
- İxraç olunacaq malların eksport rəsmiləşdirilməsi üçün bütün sənədlərinin toplanması və nizamlanması;
- ST-1 (Certificate of origin) Mənşə sertifikatının və ekspertiza aktının alınması üçün bütün tədarük sənədlərinin hazırlanması və toplanması ;
- Baytarlıq Şəhadətnaməsinin alınması üçün lazımi sənədlərin tərtibatı ;
- Bütün ixrac sənədlərinin yoxlanması, mühasibatlıqlarla üzləşmələrin aparılması;
- Müştərilərə ümumi ixrac sənədlərinin göndərilməsi və yükün ixrac məntəqəsinə çatana qədər yaranan bütün sualların və problemlərin aradan qaldırılmasına dəstək;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Məntiqi və analitik düşünmə tərzi;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
- Sürücülük vəsiqəsi.
Təkliflərimiz:
- İş yeri: Bakı şəhəri, Azərsun Holdinq Korporativ Ofisi
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "İxrac üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.