Talep No:
27739
Şəbəkə inzibatçısı
Müəssisə:
AZ SƏNAYE BANKI ASC
Vakansiya: Şəbəkə İnzibatçısı
Vəzifə öhdəlikləri:
- Departamentin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər normativ hüquqi aktlarının tələblərinə və Bankdaxili reqlamentlərin tələblərinə uyğun aparılmasını, həmçinin bank sirrinin qorunmasını təmin etmək;
- İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
- Departamentdə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət/riayət etmək;
- Departamentdə lazımi əmək şəraitinin yaradılması, təsərrüfat, inzibati və texniki dəstəyin təmin edilməsi barədə təkliflər vermək;
- Departament sənədlərinin mühafizəsini və arxivləşdirilməsi işini təşkil və nəzarət etmək;
- Departamentin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək;
- Yoxlayıcılara, auditorlara və Bankın digər struktur bölmələrinə hesabatların hazırlanması üçün tələb olunan lazımi məlumatların təqdim edilməsini təmin etmək;
- Departamentin əvəzetmə planına uyğun olaraq işdə olmayan əməkdaşların səlahiyyətlərini yerinə yetirmək;
- Departamentin fasiləsiz iş rejimini təmin etmək məqsədilə işçilərin bir-birilərini əvəz etmələri üçün vəzifələrini keyfiyyətli şəkildə icra edəcək lazımi savada, bacarığa, peşə təcrübəsinə və yararlılığına malik kadr heyətini Bankın insan resursları siyasətinə uygun qaydada yetişdirmək;
- Departamentin işləri və ya yeniliklər barədə aidiyyatı struktur bölməsi ilə razılaşdırmaqla, digər struktur bölmələri üçün təlimlər keçirmək;
- Qanunvericilik, bankın daxili reqlamentləri ilə müəyyən edilmiş, həmçinin rəhbərlər tərəfindən verilmiş digər vəzifə və səlahiyyətləri icra etmək;
- Departament müdiri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün bankın digər struktur bölmələrindən lazımi məlumatları və sənədləri tələb etmək;
- Departamentin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək və digər departamentlərin sorğularına subordinasiya qaydalarına riayət etməklə cavab vermək;
- Departamentin işinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Bank tərəfinndən istifadəsinə verilmiş proqram təminatı və alətləri iş prosesinə uyğunlaşdırmaq, qanunvericiliyin və günün tələbinə uyğun təkmilləşdirmək, şöbə/departament tərəfindən aktiv istifadəsini təmin etmək;
- İş yerində və prosesində istifadə edilən maddi-texniki vəsaitlərin saxlanılmasını və düzgün istifadəsini təmin etmək;
- Daxil olan məktubların vaxtında və lazımi qaydada cavablandırılmasını təmin etmək;
- Bank proqramı və digər proqramlarla əlaqədar özünə təsis edilən şifrənin gizlilik və təhlükəsizliyini təmin etmək;
- Bank sistemində və müxtəlif proqramlarda istifadə edilən istifadəçi kodlarının düzgünlüyündən, gizliliyindən tam məsuliyyət daşımaq, reallaşdırılan əməliyyatların təhlükəsizliyini təmin etmək;
- Bankın korporativ informasiya təhlükəsizliyi siyasətinə, standartlarına və qaydalarına uyğun hərəkət etmək;
- İnformasiya təhlükəsizliyi ilə əlaqədar təhsil çatışmazlığı hiss etdiyi vəziyyətlərdə bu haqda rəhbərinə məlumat vermək;
- Təhlükəsizlik proseduru və siyasətlərinə bağlı dəyişikliklər təkliflər etmək;
- Cavabdeh olduğu məlumat varlığının ən uyğun şəkildə qorunmasını təmin etmək;
- Şübhələndikləri/ aşkar etdikləri bütün təhlükəsizlik qüsurları haqqında rəhbərini məlumatlandırmaqla İnformasiya Təhlükəsizliyi İnzibatçısını xəbərdar etmək;
Texniki işlər üzrə:
- Kompüter şəbəkəsinin quraşdırılması, genişləndirilməsi, dəyişilməsi təkliflərini irəli sürmək, icra planlarını hazırlamaq və tədbirləri görmək;
- Şəbəkə avadanlıqların iş fəaliyyətinin davamlığı planına uyğun səviyyəyə gətirilməsi üçün təklif irəli sürmək, icra planlarını hazırlamaq və tədbirlər görmək, kəsinti zamanı lazımı qurumlarla əlaqə saxlamaq, dəstək almaq;
- İstifadə olunan şəbəkə avandanlığını Bankda müəyyən olunmuş təhlükəsizlik tələblərinə uyğun sazlamaq;
- Monitorinq sistemi vasitəsilə şəbəkə infrastruktur elementlərinə nəzarət etmək, xəbərdarlıq və məlumatlandırmanı təmin etmək;
- Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılmasını təmin etmək;
- Şəbəkə avadanlıqlarının fiziki və məntiqi sxemlərini yaratmaq, konfiqurasiyalarının ehtiyatını tutmaq və lazımı digər sənədləşməsini aparmaq;
- İnformasiya şəbəkəsi üzrə suistimallar və onlarla əlaqədar görülmüş tədbirlər barəsində birbaşa rəhbərinə məlumat vermək;
- İT prosedurları və siyasəti çərçivəsində kompüter şəbəkəsinin idarəedilməsi üzrə digər öhdəlikləri icra etmək.
Biz nə təklif edirik:
- İş yeri: Dreamland Baku
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
- İş mühiti: Regionun aparıcı bank şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit
Müraciət:
Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Şəbəkə İnzibatçısı – 27739 ” qeyd etməyiniz xahiş olunur.