Talep No:  27540

Əmək haqqı hesablanması üzrə mütəxəssis

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Azersun Holding haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Vəzifə öhdəlikləri:

  • Holdinq miqyasında ERP sistemində əmək haqqı, iş vaxtının uçotu, təşkilati struktur, işçi sayı və maliyyə büdcələri üzrə prosesləri hazırlamaq, idarə etmək və icra etmək;
  • Əmək haqqı hesablanması, iş vaxtının uçotu, təşkilati struktur, işçi sayı və büdcə məlumatlarının sistemə düzgün və vaxtında işlənməsini təmin etmək;
  • Əmək haqqı, müavinətlər, vergilər və digər ayırmaların dəqiq və qanunvericiliyə uyğun hesablanmasını təşkil etmək;
  • Əmək haqqı ilə bağlı uyğunsuzluqlar aşkar edildiyi halda onların aradan qaldırılmasını təmin etmək;
  • Bütün əlavə ödəniş və kəsintilərin İR prosedurlarına və qanunvericiliyə uyğun sistemə daxil edilməsinə nəzarət etmək;
  • Holdinq üzrə təyinatlar, maaş dəyişiklikləri və digər kadr əməliyyatlarına nəzarət etmək, uyğunsuzluqların qarşısını almaq;
  • İR və mühasibatlıq strukturları arasında koordinasiya və məlumat axınını təmin etmək;
  • Daxili intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət etmək;

Tələblər:

  • İnsan resursları, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
  • Əmək qanunvericiliyi və əmək haqqı prosesi üzrə dərin biliklər;
  • Minimum 3 il müvafiq təcrübə (holdinq və ya iri müəssisədə olması üstünlükdür);
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək;
  • İR İnformasiya Sistemləri ilə iş təcrübəsinin olması əlavə üstünlükdür;
  • Analitik düşüncə, dəqiqlik və koordinasiya bacarığı.

 Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Baş ofis
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Servis xidməti: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Müraciət

Tələblərə cavab verdiyiniz halda CV-nizi cv@azersun.com ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Əmək haqqı hesablanması üzrə mütəxəssis – 27540 ” qeyd edilməlidir.