Əmək haqqı və büdcə üzrə baş mütəxəssis

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq);
  • Müvafiq sahə üzrə minimum 5 il  iş təcrübəsi (sığorta sektoru üzrə 3 il);
  • Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
  • SAP-də işləməyi bacarmalı;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
  • Komandada işləmək bacarığı olmalı;

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Son haqq-hesab ödənişlərinin hesablanaraq ödənilməsi;
  •  Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və SAP proqramına daxil edilməsi;
  • Daxili və xarici ezamiyyət ödənişlərinin hesablanaraq ödənilməsi;
  • Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi;
  • Hesabatların verilməsi;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Əmək haqqı və büdcə üzrə baş mütəxəssis​" qeyd etməyiniz xahiş olunur