Talep No:
24666
Əmək haqqı və büdcə üzrə mütəxəssis
Müəssisə:
AZƏRSUN HOLDINQ MMC
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və muhasibatlıq və.s);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi ;
- Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
- SAP-də işləməyi bacarmalı;
- Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
- Komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- Son haqq-hesab ödənişlərinin hesablanaraq ödənilməsi;
- Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və SAP proqramına daxil edilməsi;
- Daxili və xarici ezamiyyət ödənişlərinin hesablanaraq ödənilməsi;
- Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi;
- Holdinq miqyasında əmək haqqı, iş vaxtının uçotu, təşkilati struktur, işçi say və maliyyə büdcələri ilə bağlı prosesləri işləyib hazırlamaq, idarə etmək və həyata keçirmək;
- İşçiyə aid bütün növ əlavə ödəmə və kəsintilərin İR proseduruna və qanunvericiliyə uyğun işlənməsinə və İnsan Resurslarının İnformasiya Sisteminə düzgün daxil edilməsini təmin etmək;
- Hesabatların verilməsi;
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Əmək haqqı və büdcə üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.