Talep No:  26553

Əməliyyatçı - xəzinədar

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

İş haqqında məlumat:

  • Müştəri hesablarının açılması, xidmət göstərilməsi və bağlanması;

  • Müştəri sorğuları əsasında arayışların, sənədlərin və müqavilələrin hazırlanması;

  • Nağd pul və qiymətlilərin sayılması, saxlanılması, daşınması və inkassasiyası;

  • ATM və digər terminalların inkassasiyası, aktlaşdırılması və müvafiq sistemdə düzgün müxabirləşmələrin aparılması;

  • XÖHKS, AZİPS, SWIFT, Apus, Zolotaya Korona, Western Union və digər pul köçürmə sistemləri ilə əməliyyatların icrası;

  • Günlük əməliyyatların yoxlanılması və hesabatların hazırlanması;

  • Struktura aid büdcə və hədəflərin icrası və izlənməsi;

  • Müştəri məktubları və şikayətlərinin araşdırılması və cavablandırılması;

  • Müştəri şikayətlərinin minimum həddə endirilməsi üçün tədbirlərin görülməsi.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat və ya biznes sahəsində);

  • İngilis və Rus dili bilikləri üstünlükdür;

  • MS Office proqramlarında işləmək bacarığı;

  • İnsanlarla düzgün ünsiyyət qurmaq bacarığı;

  • Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və problem həll etmə qabiliyyəti.

İş rejimi:

  • 5 günlük iş həftəsi;

  • İstirahət günləri: Şənbə və bazar.

Üstünlüklər:

  • Əmək haqqı razılaşma yolu ilə;

  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri:
Bakı şəhəri, Heydər Əliyev pr. 92A

Müraciət qaydası:
Tələblərə cavab verən namizədlər CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər.
Email-in mövzu hissəsində mütləq “Əməliyyatçı – xəzinədar” qeyd edilməlidir.