Talep No:  26419

Əməyin Mühafizəsi və Təhlükəsizliyi üzrə mühəndis

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
  • İş yerlərində zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • Struktur bölmələrində ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
  • İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və uçotunu aparmaq;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq;
  • Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlər aparmaq;
  • Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirmək;
  • Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etmək;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparmaq;
  • İşçilərin əməyin mühafizəsi üzrə təkrar təlimlərin təşkili, biliklərinin yoxlanılması təmin etmək;
  • Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini həyata keçirmək;

 

Tələblər:

  • Orta ixtisas;
  • Müvafiq sahə üzrə 1 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,) - Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Yüksək ünsiyyət, danışıq aparmaq və müştərilərlə işləmək bacarığı                                         

 

Biz nə təklif edirik:

 

  • İş yeri: Bakı şəhəri, Gümüş Plaza
  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur.
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
  • İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Əməyin Mühafizəsi və Təhlükəsizliyi üzrə mühəndis " qeyd etməyiniz xahiş olunur.