Əsas vəsaitlərin təftişi üzrə kiçik mütəxəssis
Müəssisə:
AZƏRSUN HOLDINQ MMC
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə);
- Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı.;
- Mühasibat proqramları ilə işləmək bacarığı olması üstünlükdür;
- Mühasibat uçotunun əsas prinsipləri və Auditin əsas prinsiplərini bilməli;
- Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Problem həlletmə bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Ezamiyyətlərdə iştirak etmək imkanı.
Vəzifə öhdəlikləri:
- Vaxtaşırı olaraq əsas vəsaitlərin təftişinin həyata keçirilməsi;
- Müəssisələrdə əsas vəsaitlərin uçotunun aparılmasına nəzarətin həyata keçirilməsi;
- Əsas vəsaitlərin təyinatı üzrə istifadə olunmasının təftişinin həyata keçirilməsi;
- İstifadədən çıxarılacaq əsas vəsaitlərin müəyyən olunması;
- Əsas vəsaitlər siyahısının mütəmaddi yenilənməsinin təşkil olunması;
- Holdinqin müəssisələrində inventarizasiyalarda iştirak etmək;
- Aşkar olunan çatışmazlıqlarla bağlı hesabatların hazırlanması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Əsas vəsaitlərin təftişi üzrə kiçik mütəxəssis" qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.