Talep No:  28043

Əsas vəsaitlərin təftişi üzrə kiçik mütəxəssis

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Azersun Holding haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Vəzifə öhdəlikləri:

  • Vaxtaşırı olaraq əsas vəsaitlərin təftişinin həyata keçirilməsi;
  • Müəssisələrdə əsas vəsaitlərin uçotunun aparılmasına nəzarətin həyata keçirilməsi;
  • Əsas vəsaitlərin təyinatı üzrə istifadə olunmasının təftişinin həyata keçirilməsi;
  • İstifadədən çıxarılacaq əsas vəsaitlərin müəyyən olunması;
  • Əsas vəsaitlər siyahısının mütəmaddi yenilənməsinin təşkil olunması;
  • Holdinqin müəssisələrində inventarizasiyalarda iştirak etmək;
  • Aşkar olunan çatışmazlıqlarla bağlı hesabatların hazırlanması.

 

Tələblər:

  • Ali təhsilli olmalı; (Mühasibat uçotu və audit, maliyyə, biznesin idarə edilməsi üzrə)
  • 1 ilə qədər iş təcrübəsi. Təcrübənin olmaması halında universiteti müvəffəqiyyətlə bitirmiş olması üstünlükdür;
  • İlkin mühasibatlıq uçotu biliklərinə sahib olmalı;
  • Ezamiyyətlərə gedə bilməli;
  • Sürücülük vəsiqəsi olması üstünlükdür. 

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Korporativ ofis
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Servis xidməti: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Müraciət

Tələblərə cavab verdiyiniz halda CV-nizi cv@azersun.com ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Əsas vəsaitlərin təftişi üzrə kiçik mütəxəssis – 28043 ” qeyd edilməlidir.

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.