Alternativ Dağıtım Kanalları və Rəqəmsal Dəstək üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
• Oracle Database üzərində SQL vasitəsilə hesabatların hazırlanması və məlumatların analizi
• Core Banking sistemində filial və departamentlərdə yaranan texniki və əməliyyat xətalarının araşdırılması və kök səbəbinin təhlili
• Rəqəmsal kanallar ilə Core Banking sistemləri arasında web service (API) inteqrasiyaları üzrə əməliyyatların monitorinqi və texniki nasazlıqların təhlili
• Alternativ dağıtım kanalları (Mobil/İnternet bankçılıq, Ödəniş Terminalları, ATM, POS və s.) üzrə əməliyyat problemlərinin analiz edilməsi
• Aşkarlanan problemlərlə bağlı vendorlara texniki sorğuların (ticket/incident) yaradılması və icrasının izlənməsi
• Vendorlar, daxili IT komandaları, filiallar və digər struktur bölmələrlə koordinasiyalı işləmək
• Rəqəmsal kanallar və sistemlər üzrə hesabatların və analitik məlumatların rəhbərliyə təqdim edilməsi
Tələblər:
• Ali təhsil (İT, Kompüter elmləri, Maliyyə və ya oxşar sahələr üzrə)
• Bank sektorunda və ya maliyyə təşkilatında minimum 1–3 il müvafiq iş təcrübəsi
• SQL üzrə yüksək səviyyədə bilik və Oracle DB ilə praktiki iş təcrübəsi
• Core Banking sistemləri və bank əməliyyat prosesləri haqqında anlayış
• Web service (SOAP / REST API) sorğuları üzrə anlayış və praktiki iş təcrübəsi
• API inteqrasiyaları zamanı request/response strukturlarının, status kodlarının və xəta mesajlarının analizi bacarığı
• Texniki problemlərin analizi və həlli bacarığı
• Vendorlarla texniki yazışma və sorğuların idarə olunması təcrübəsi
• MS Office, xüsusilə Excel üzrə yaxşı biliklər
• Azərbaycan dili – səlis, İngilis dili – texniki yazışmalar səviyyəsində
• Analitik düşünmə, məsuliyyətlilik, stressə davamlılıq və komandada işləmə bacarığı
Biz nə təklif edirik:
- İş yeri: Dreamland Baku
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
- İş mühiti: Regionun aparıcı sığorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit
Müraciət:
Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Alternativ Dağıtım Kanalları və Rəqəmsal Dəstək üzrə Mütəxəssis – 28720 ” qeyd etməyiniz xahiş olunur.