Anbardar\ uçotçu

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Vakansiya: Anbardar\uçotçu

 

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı;
  • 1C (8.3), E-taxes.gov az, EFP proqramlarında işləyə bilmə bacarığı
  • Dil bilikləri: Azərbaycan – Əla.

Vəzifə öhdəlikləri:

  • Hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması;
  • Qəbul olunmuş materialların  müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
  • Materialların mühafizə olunduğu yerə aparılması  və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması;
  • Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması;
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması;
  • İnventarlaşdırmanın aparılmasında iştirak;
  • Əsas vəsaitlərin uçotunun aparılması;
  • Sənədlərin işlənməsi və tərtibi;
  • Bank sənədlərinin(ödənişlərinin) işlənməsi və uçotu;
  • Malların ixrac qeydi ilə bağlı olan aktların yazılması;
  • Malların ixrac qeydi ilə bağlı olan satış qaimələrinin uçotunun aparılması;
  • Anbar qalıqlarına və hərəkətinə nəzarət.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Anbardar\uçotçu" qeyd etməyiniz xahiş olunur.

Azərsun Holdinq MMC


1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.