Anderaytinq üzrə mütəxəssis

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 0-2 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Yüksək ünsiyyət, danışıq aparmaq və müştərilərlə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Risklərin təkrarsığortasını təhlil və təşkil edilməsi;
  • Şirkətin təkrarsığorta siyasətinin koordinasiyasında iştirak edir və müvafiq sığorta növləri üzrə risklərin təkrarsığortalanmasını departament və şöbə müdiri ilə analiz edilməsi;
  • Cari risklərin analizini (risklərin seleksiyası, tariflərin hesablanması, sığorta şərtlərinin müəyyən edilməsi, təkrarsığortaçılar ilə konkret risklərin yerləşdirilməsi üçün danışıqlar aparılması və s.) aparılması;
  • Sənədləşmə prosesində iştirak edir: gündəlik olaraq sığorta polislərinin buraxılmasının həyata keçirilməsi, Anderraytinq şöbəsinin rəhbəri ilə razılaşdırdıqdan sonra verilmiş tariflərin, azadolmaların və sığorta şərtlərinin düzgünlüyünün qabaqcadan yoxlanılması (lazım olduğu təqdirdə müvafiq düzəlişləri və dəqiqləşdirmələri aparmaqla);                                                                                  
  • Anderraytinq şöbəsi rəhbərinin və Departament direktorunun rəhbərliyi altında yeni sığorta proqramlarınıın hazırlanması (sənədləşmə prosesinin və tariflərin hesablanmasının həyata keçirilməsi);
  • Qeyri-standart riskləri sığortalayarkən, satış şöbəsinin müvafiq əməkdaşının razılığı ilə, surveylərdə və sığorta predmetinin qiymətləndirilməsində birbaşa iştirak edir, sığorta hadisəsinin baş vermə ehtimalı üzrə faktorları aşkara çıxarır və bu işlə əlaqədar hesabatlar aparır;
  • Anderraytinq şöbəsi rəhbərinin və Departament direktorunun razılığından sonra müvafiq risklər üzrə təhlillərin aparılması (tarifin təyin olunması, sığorta şərtlərinin müəyyən olunması, sığorta risklərinin seçilməsi);
  • Riskləri qəbul edərkən, həmin risklərin təkrarsığortalanmasında ehtiyacın olub-olmaması barədə birbaşa müdirin rəhbərliyi altında qərar qəbul etmək.                                                  

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Anderaytinq üzrə mütəxəssis " qeyd etməyiniz xahiş olunur.