Talep No:  26066

Anderaytinq və təkrarsığorta üzrə departament müdiri

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya hüquq sahələri üzrə);
  • Maliyyə sektorunda hüquq və sığorta sahəsində 5-10 illik iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikası Mülki Məcəlləsinin “50-ci fəsli”
  • İcbari Sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu;
  • Sığortaçılarda korporativ idarəetmə Standartları;
  • Sığorta fəaliyyətinə aid digər qanunvericilik atları;
  • Liderlik və idarəetmə bacarığı;
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Sığorta məhsulları barədə biliklər;
  • İSB saytının iş prinsipi.

Vəzifə öhdəlikləri:

  • Risklərin təkrarsığortasını təhlil və təşkil edilməsi;
  • Müvafiq sığorta növləri üzrə təkrarsığorta bazasının daima təkmilləşdirməsi;
  • Şirkətin təkrarsığorta siyasətinin koordinasiyasında iştirak edir və müvafiq sığorta növləri üzrə risklərin təkrarsığortalanmasını departament və şöbə müdiri ilə analiz edilməsi;
  • Cari risklərin analizini (risklərin seleksiyası, tariflərin hesablanması, sığorta şərtlərinin müəyyən edilməsi, təkrarsığortaçılar ilə konkret risklərin yerləşdirilməsi üçün danışıqlar aparılması və s.) aparılması;
  • Risklərin təkrarsığorta olunması, baş vermiş hadisələrlə bağlı partnyor və həmkarlarla daim əlaqə saxlanılması;
  • Sığorta hadisələri üzrə periodik olaraq məlumatlar bazasında təhlillərın aparılması;
  • Sənədləşmə prosesində iştirak edir: gündəlik olaraq sığorta polislərinin buraxılmasının həyata keçirilməsi, Anderraytinq şöbəsinin rəhbəri ilə razılaşdırdıqdan sonra verilmiş tariflərin, azadolmaların və sığorta şərtlərinin düzgünlüyünün qabaqcadan yoxlanılması (lazım olduğu təqdirdə müvafiq düzəlişləri və dəqiqləşdirmələri aparmaqla);                                                                                  
  • Anderraytinq şöbəsi rəhbərinin və Departament direktorunun rəhbərliyi altında yeni sığorta proqramlarınıın hazırlanması (sənədləşmə prosesinin və tariflərin hesablanmasının həyata keçirilməsi);
  • Müvafiq sığorta növü üzrə sığorta şərtlərini sistemləşdirilməsi və təkmilləşdirilməsi;         
  • Müvafiq sığorta növü üzrə şirkətin tarif siyasətinin yaradılmasında iştirak;                                              
  • Müvafiq sığorta növü üzrə zərərlilik hesabatında iştirak, zərərlilik hesabatlarının tərtib və təhlil edilməsi;
  • Qeyri-standart riskləri sığortalayarkən, satış şöbəsinin müvafiq əməkdaşının razılığı ilə, surveylərdə və sığorta predmetinin qiymətləndirilməsində birbaşa iştirak edir, sığorta hadisəsinin baş vermə ehtimalı üzrə faktorları aşkara çıxarır və bu işlə əlaqədar hesabatlar aparır;                                          
  • Anderraytinq şöbəsi rəhbərinin və Departament direktorunun razılığından sonra müvafiq risklər üzrə təhlillərin aparılması (tarifin təyin olunması, sığorta şərtlərinin müəyyən olunması, sığorta risklərinin seçilməsi);
  • Riskləri qəbul edərkən, həmin risklərin təkrarsığortalanmasında ehtiyacın olub-olmaması barədə birbaşa müdirin rəhbərliyi altında qərar qəbul etmək;                                                               
  • Sığorta siyasətlərinin düzgünlüyünün yoxlanılması və sənədlərin qaydasında olmasının təmin edilməsi;
  • Öz bilik və təcrübəsini şöbənin digər işçiləri ilə bölüşülməsi və istiqamət verilməsi;            
  • Anderraytinq şöbəsi rəhbərinin və Departament rəhbərinin iştirakı ilə, Sığorta İddiaları Departamentinin sorğusuna əsasən baş vermiş hadisə üzrə əlamətləri nəzərə alaraq, hadisəyə “sığorta hadisəsi/qeyri-sığorta hadisəsi” statusunun verilməsi;                                                                                
  • Birbaşa rəhbərliyin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.    

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

İş yeri: