Talep No:
28690
Anderraytinq və təkrarsığorta üzrə departament müdiri
Müəssisə:
AZ SƏNAYE SIĞORTA ASC
Vəzifə öhdəlikləri
- Risklərin təkrarsığortasının təhlili və təşkili
- Müvafiq sığorta növləri üzrə təkrarsığorta bazasının davamlı inkişaf etdirilməsi
- Şirkətin təkrarsığorta siyasətinin icrasında iştirak və risklərin rəhbərliklə birgə analizi
- Cari risklərin təhlili: risk seleksiyası, tariflərin hesablanması, sığorta şərtlərinin müəyyən edilməsi və təkrarsığortaçılarla danışıqların aparılması
- Risklərin təkrarsığortalanması və sığorta hadisələri üzrə partnyorlarla əlaqənin saxlanılması
- Sığorta hadisələri üzrə məlumat bazasının periodik təhlili
- Sığorta polislərinin buraxılışı, tarif və şərtlərin düzgünlüyünün yoxlanılması
- Yeni sığorta proqramlarının hazırlanmasında iştirak (tarif və sənədləşmə)
- Müvafiq sığorta növü üzrə tarif və sığorta şərtlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi
- Zərərlilik hesabatlarının hazırlanması və təhlili
- Qeyri-standart risklər üzrə surveylərdə və risk qiymətləndirilməsində iştirak
- Risklərin qəbulunda təkrarsığortaya ehtiyacın müəyyən edilməsi
- Sığorta sənədlərinin düzgünlüyünə nəzarət
- Şöbə daxilində bilik və təcrübənin paylaşılması
- Hadisələrin “sığorta / qeyri-sığorta hadisəsi” statusunun müəyyən edilməsində iştirak
- Birbaşa rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi
Tələblər
- İqtisadiyyat, maliyyə və ya hüquq üzrə ali təhsil
- Sığorta və ya maliyyə sektorunda 5–10 il iş təcrübəsi
- Sığorta qanunvericiliyi üzrə biliklər
(AR “Siğorta fəaliyyəti haqqında” Qanun, Mülki Məcəllə, İcbari sığortalar və s.) - Sığorta məhsulları və İSB sisteminin iş prinsipləri üzrə biliklər
- MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
- Azərbaycan dili – əla, rus və ingilis dili biliyi üstünlükdür
- Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı
- Liderlik və idarəetmə bacarıqları
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Gümüş Plaza
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Anderraytinq və təkrarsığorta üzrə departament müdiri - 28690 " qeyd etməyiniz xahiş olunur.