Araşdırma üzrə mütəxəssis

Müəssisə:  BAZARSTORE MMC

Araşdırma üzrə mütəxəssis

Müəssisə:  BAZARSTORE MMC

Tələblər: 

  • Ali təhsilli olmalı;
  • Yerli daşınmaz əmlak bazarını tanımalı
  • Qanunvericilik tələblərini bilməli
  • Dövlət rüsumları və cərimələrini bilməli
  • Ölkənin şəhər, rayon, qəsəbə, kənd xəritəsini yaxşı bilməli.

Vəzifə öhdəlikləri:

  • Gündəlik Bakı, Sumqayıt və s. şəhərlər daxilində, kənd və qəsəbələrdə (zərurət olarsa rayonlarda) super market üçün uyğun parametrlərdə yeni obyekt axtarışlarının yerinə yetirilməsi və araşdırılmasını aparmaq.
  • Yeni tapılmış obyektin mülkiyyət sahibi ilə ilkin görüşmələr edərək müqavilənin ilkin şərtlərini mülkiyyət sahibinə bildirmək.
  • Baxılmış obyektlərin məlumatlarını gündəlik qeydiyyatını aparmaq və istənilən vaxt mülkiyyət sahibi ilə koordinasiya qurmaq.
  • Gündəlik araşdırılmış və monitorinq keçirilmiş ərazilə barədə gün sonu rəhbərinə ətraflı hesabat vermək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Araşdırma üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

 

"Bazarstore" mağazalar şəbəkəsi Azərbaycanda sürətlə inkişaf edən və dünya standartlarını əsas tutaraq irəliləyən mağazalar şəbəkələrindəndir. Təbii ki, “Bazarstore” mağazalarının uğuru bütün Müəssisə əməkdaşlarının komanda olaraq birgə nailiyyətidir. Bu gün ölkəmizdə müxtəlif sahələr üzrə rəqabət yüksək səviyyədədir. Bu rəqabət ilə ayaqlaşmağın, zamanın tələblərindən geri qalmamağın əsas prinsipləri bunlardır: Müəssisə üzrə kadrların doğru seçilməsi, kadrların iş həyatına müsbət təsir edəcək tədris və təlimlərlə peşəkarlıqlarını artırmaları və ən əsası işçilərin motivasiyasıdır. Şirkətin İnsan Resurslarının bu tələblər üzrə doğru siyasətinin böyük və əhəmiyyətli rolu var.