Avadanlıqlar üzrə layihə mühəndisi
Tələblər:
• Mühəndislik sahəsi üzrə ali təhsil,
• Müvafiq sahə üzrə 3-5 il təcrübə,
• Avadanlıq və mexanizmlərin texniki xüsusiyyətləri ilə bağlı biliklər;
• Layihə idarəetməsi və İSO standartları üzrə sertifikatlar üstünlükdür
• Layihə zamanında qarşıya çıxan problemləri analiz etmək və həll yolları tapmaq
• Komanda ilə işləmək bacarığı və yaxşı ünsiyyət qabiliyyəti;
• İngilis dili biliyi (texniki sənədlərlə işləmək və beynəlxalq təchizatçılarla əlaqə üçün)
İş haqqında məlumat:
• Proseslərin optimallaşdırılması və səmərəliliyin artırılması üçün texniki layihələrin hazırlanması.
• Layihə tələblərinə uyğun olaraq avadanlıqların texniki xüsusiyyətlərini hazırlamaq və təhlil etmək
• Layihə prosesinin gedişatını izləmək və qarşıya çıxan problemləri həll etmək
• Layihə üçün ən uyğun avadanlıqları seçmək,təchizatçıları araşdırmaq və müqavilə şərtlərini hazırlamaq
• Avadanlıqların sınaqdan keçirilməsi və keyfiyyətinə nəzarət
• Layihə müddətində resursların düzgün istifadəsini təmin etmək
• Layihə üzrə müvafiq komanda üzvləri ilə koordinasiya qurmaq və tərəfdaşlarla əlaqə saxlamaq
• Layihə məlumatlarını düzgün şəkildə paylaşmaq və müntəzəm hesabatlar hazırlamaq
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Avadanlıqlar üzrə layihə mühəndisi” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
- Nahar şirkət tərəfindən qarşılanır.
İş Yeri: Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.