Avtomatika üzrə kiçik mütəxəssis
Tələblər:
- Təhsil: Ali (Avtomatika sahəsi üzrə)
- Microsoft Office (MS Excel,Word Power Point )- Yaxşı;
- Məntiqi və analitik düşünmə tərzi olmalı;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
- Komandada işləmə bacarığı;
- PLC,DCS,SCADA sistemləri haqqında biliklər.
Vəzifə öhdəlikləri:
• Programlana bilən məntiqi nəzarət (PLC) proqram təminatının əsaslarını bilmək (STL, LAD, FBD, SCL).
• PLC konfiqurasiyası, quruluşu, optimizasiyası və təmirinin əsaslarını bilmək.
• SCADA (Supervisory Control and Data Acquisition) və HMI (Human Machine Interface) proqramlarının tətbiqi və proqramlaşdırılmasının əsas prinsiplərini bilmək.
• PLC ilə təchiz olunmuş proseslərin, xəttlərin və maşınların texnoloji və elektrik sxemlərini oxumaq bacarığı.
• Kommunikatordan istifadə bilikləri; PID nəzarəti və təzyiq, səviyyə, temperatur və axış proseslərinin ölçmə prinsiplərini bilmək.
• Çoxfunksiyalı mikrokontrollerlərin (sahə tipli) istifadə sahələri və nəzarət sistemlərində tətbiqini bilməli, ölçmə və kalibrasiya cihazlarından istifadə qaydalarını bilmək.
• Elektronika sxemlərinin iş prinsipi və elektron komutasiya sistemlərində tətbiqini bilmək.
• Mühərrik sürücülərinin, asinxron mühərrik sürətinin tənzimlənməsindəki rolunu, mühərriklərin gücünə uyğun sürücü seçimini və ilkin işə alınma parametrlərinin daxil edilməsini bilmək.
• PLC, mikrokontroller və elektron blokların yüksək yüklənmə və gərginlikdən qorunma sxemlərini bilmək.
• Avtomatik nəzarətlə bağlı yeni texnologiyaların tətbiq sahələrini bilmək.
• Təchizat və cihazların texniki xarakteristikalarını və konstruktor xüsusiyyətlərini bilmək.
• İşlədilən elektrik qurğularının istismar qaydalarını bilmək.
• Əməyin təhlükəsizliyi, işçi sağlamlığı, qida təhlükəsizliyi, sanitariya və ekologiyanın mühafizəsi tədbirlərinə riayət etmək.
İş vaxtı:
- Növbəli iş rejimi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- Masazır
- Azərbaycan Duz İstehsalat QSC
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Avtomatika üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.