Talep No:  28349

Büdcə planlama üzrə baş mütəxəssis

Müəssisə: 

Vakansiya: Büdcə planlama üzrə baş mütəxəssis
 
Tələblər:

 

  • Maliyyə,İqtisadiyyat ixtisası üzrə  ali təhsilli olmalı;
  • Ən azı müvafiq sahə üzrə 3-5 illik təcrübəsi olmalı;
  • İngilis dili biliyi bilməli;
  • MS Office proqramlarını bilməli;
  • Vəzifə üzrə müvafiq  proqramları bilməli.

 


İş haqqında məlumat: 

 

  • Müəssisənin illik və dövri büdcələrinin hazırlanmasında iştirak etmək.
  • Büdcənin hazırlanması zamanı müxtəlif şöbələrdən gələn məlumatları toplamaq, təhlil etmək və səmərəli planlama aparmaq.
  • Büdcə icrasının izlənməsi və analizi üçün metodologiyalar hazırlamaq.
  • Müəssisənin maliyyə vəziyyətini təhlil etmək (gəlir, xərclər, mənfəət, likvidlik və s.).
  • Maliyyə göstəricilərinin effektivliyini qiymətləndirmək və inkişaf imkanlarını müəyyən etmək.
  • Hesabatlar əsasında rəhbərliyə strateji tövsiyələr vermək.
  • Dövri maliyyə və büdcə hesabatlarını hazırlamaq.
  • Gəlir və xərclərin proqnozlaşdırılması və müqayisəli analizini təqdim etmək.
  • Analitik hesabatlarda aşkar olunan riskləri və təklifləri qeyd etmək.
  • Büdcə xərclərinin qanunvericilik və daxili siyasətlərə uyğunluğunu təmin etmək.
  • Maliyyə axını və xərclər üzrə nəzarət mexanizmləri qurmaq.
  • Müxtəlif audit tələblərinə cavab verən hesabatlar hazırlamaq.
  • Maliyyə resurslarının səmərəli istifadəsi üçün strategiyalar hazırlamaq.
  • Yeni layihələrin maliyyə cəhətdən effektivliyini qiymətləndirmək.
  • Risklərin idarə olunması üçün tədbirlər planı hazırlamaq.
  • Müxtəlif şöbələr və rəhbərliklə əməkdaşlıq edərək məlumat axını və koordinasiyanı təmin etmək.
  • Maliyyə məsələləri ilə bağlı daxili və xarici tərəflərə dəstək göstərmək.

 

İş şərtləri:

  • İş ünvanı: Bakı şəhəri
  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin edilir. 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində Büdcə planlama üzrə baş mütəxəssis - 28349 qeyd etməyiniz xahiş olunur.

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir