Talep No:  24893

Büdcə və Maliyyə Təhlili üzrə Baş mütəxəssis

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat və ya maliyyə ixtisası üzrə);
  • Müvafiq sahədə minimum 4 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – yaxşı səviyyədə;
  • Microsoft Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) üzrə biliklər və onların tətbiqi bacarığı;
  • Azərbaycan Respublikasının mühasibat uçotu, maliyyə, vergi və dövlət büdcəsi sistemi ilə bağlı qanunvericilik və digər normativ-hüquqi aktları bilməlidir;
  • İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkili prinsipləri haqqında anlayışa sahib olmalıdır;
  • Maliyyə təhlili metodlarını və tətbiq sahələrini yaxşı bilməlidir;
  • Analitik düşüncəyə sahib, diqqətli, məsuliyyətli, nəticəyə yönəlik çalışan və komanda ruhunu daşıyan namizəd olmalıdır;
  • Strateji düşünmə, planlama və koordinasiya bacarıqları yüksək səviyyədə olmalıdır;
  • Dinamik iş mühitinə uyğunlaşa bilən və dəyişikliklərə çevik reaksiya verə bilən.

İş haqqında məlumat:

  • Hesab işləyişlərinin qanunvericilik və qrupdaxili əsaslara uyğun işləyişinin yoxlanması, əlavə sənədləri tələb edərək müvafiq düzəlişlərin tələb edilməsi, müxtəlif kontrol-analiz hesabatlarının hazırlanması;
  • Xərclərin və yerlərinin yoxlanılması;
  • Kassa və bank hesablarının control edilməsi:
  • Əsas vəsait, davam edən İnvestitsiya və amortizasiya hesablarının kontrolu,hesabatının verilməsi;
  • Təşkilatlarla qarşılıqlı razılaşma əsasında xərc  mərkəzlərinin hazırlanması,sistemdə açılması,analizi və uyğunluğunun strukturlarla razılaşdırılması;
  • Büdcə/cari qarşılaşdırmaları aparmaqla yaranan fərqlərin araşdırılması;
  • Konsolidə hesabat  məqsədləri üçün müəsissələrin  gəlir və xərc hesabatlarının rəhbərliyə təqdim edilməsi.;
  • Hesabatların yoxlanılması,səhv məlumatların araşdırılması;
  • Büdcə hesabatlarının müvafiq hesabat qalıqları ilə qarşılaşdırılması;
  • Şirkət aylıq hesabatlarının müvafiq konsolidə proqramına ayrı-ayrılıqda daxil edilməsi;
  • Hesabatların  zamanında göndərməyən şöbələrlə əlaqə saxlamaq və açıqlamaların alınması;

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

 

Email-in mövzu hissəsində  “Büdcə və Maliyyə Təhlili üzrə Baş mütəxəssis” göstərməyiniz xahiş olunur.