Talep No:
27295
Büdcə və hesabatlılıq üzrə mütəxəssis
Müəssisə:
BAZARSTORE MMC
İlkin tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil
- Büdcə və maliyyə hesabatları üzrə minimum 2 il iş təcrübəsi
- Retail sektoru üzrə iş təcrübəsi üstünlükdür
- Maliyyə proqramları və MS Office proqramları üzrə (xüsusilə Excel) yüksək biliklər
- Analitik düşüncə və diqqətlilik
- Yaxşı kommunikasiya bacarıqları və komandada işləmək qabiliyyəti
- İngilis dili əlavə üstünlükdür
Əsas vəzifələr və öhdəliklər:
- İllik və aylıq büdcələrin hazırlanması və təhlili
- Maliyyə hesabatlarının vaxtında və dəqiq hazırlanması (gəlir və xərclər hesabatları, balans hesabatları və s.)
- Büdcə icrasının izlənilməsi və fərqliliklərin analiz edilməsi
- Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə təqdimatı
- Əməliyyat xərclərinin idarə olunması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü:
Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə və hesabatlılıq üzrə mütəxəssis Bazarstore - 27295” qeyd etməyiniz xahiş olunur.