Talep No:  25717

Baş Satış Təmsilçisi

Müəssisə:  XƏYAL ADASI MMC

Vakansiya: Baş Satış Təmsilçisi
Tələblər:

•    Ali təhsilli olmalı;
•    Komandada işləmək bacarığı olmalı;
•    İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı, (Fars dili biliyi isə üstünlükdür);
•    Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
•    Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
•    Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarığı olmalı.
•    MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
 
İş haqqında məlumat: 
•    Mövcud bazarı yaxşı analiz edib bazar ehtiyaclarını öyrənmək.
•    Müştəri təlabatının nə yerdə olduğu, hansı sektorlarda boşluqların olduğunu, nə ölçüdə məhsul gərəkdiyini analiz etmək.
•    Sosial media araşdırmaları etmək.
•    Daşınmaz əmlak layihələri üzrə işləri izləyərək, təqdimatlar hazırlamak.
•    Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
•    Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatlar təqdim etmək.
•    Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri məlumatlandırmak.
•    Müxtəlif tədbirlərdə və sərgilərdə şirkəti təmsil etmək;
•    Marketinq planında qeyd olunduğu kimi bazar sahələri ilə bağlı bütün satış fəaliyyət planlarını həyata keçirmək;
•    Gələcək qruplar və tədbirlər təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələrin qurulması və gücləndirilməsi. Bu istiqamətdə satış zəngləri, görüşlər və müvafiq tədbirlər keçirmək.
•    Gələcək müştərilər üçün tədbir məkanını, yemək və iaşə xidmətlərini və əyləncə obyektlərini (Otel, Qolf Klubu, SPA, Trampoline) vurğulayan satış təqdimatları və müxtəlif əlavə materialların yaradılması;
•    Satış komandası ilə birgə cədvəllərin və mühüm sənədlərin yaradılması, qaydada saxlanılması və mütamadi olaraq yenilənməsi.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş Satış Təmsilçisi” qeyd etməyiniz xahiş olunur.
 
İş yeri: Dreamland (Bakı şəhəri)
 
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.